Zəfərin yolu
Oktyabrın 2-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsində çağırışçıların təntənə ilə hərbi xidmətə yola salınması mərasimi keçirilib. Tədbirdə çıxış edənlər gənclərin həvəslə və böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola düşdüklərini vurğulayıblar.
“Azərbaycan Respublikası vətəndaşlarının 2020-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının...
Yeni Azərbaycan Partiyasının üzvləri Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb.
Bu barədə Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.
Hüseyn Paşayev Yeni Azərbaycan Partiyasının bu vətənpərvər aksiyası barədə danışarkən qeyd edib ki, Azərbaycan Ordusu doğma Qarabağın işğaldan azad olunması istiqamətində rəşadətli döyüşlər aparır. O deyib: “Yaxın zamanlarda qəhrəman əsgərlərimizin torpaqlarımızın işğaldan təmizlənməsi sevincini...
Avstraliyanın Sidney şəhərində fəaliyyət göstərən azərbaycanlı icmasının nümayəndələri bir araya gələrək, Ermənistan ordusunun Azərbaycana qarşı son təxribatlarını kəskin pisləyiblər.
Avstraliya-Azərbaycan Assosiasiyasının təşkil etdiyi tədbirdə işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı iriçaplı silahlardan və ağır artilleriyadan istifadə edərək hücuma keçməsindən, yaşayış məntəqələrini və mülki əhalini atəşə tutmasından dərin narahatlıq ifadə olunub.
Əvvəlcə düşmənin hərbi təxribatı nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik...
Azərbaycan Avtomobil Federasiyası Ermənistanın sentyabrın 27-dən başlayan təxribatlarına qarşı hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna, ərazilərimizin bütövlüyü uğrunda döyüşən hərbçilərimizə dəstək məqsədilə ordu qərargahına yüksək keçidli avtomobillər kateqoriyasına aid, texniki imkanları hərbi nəqliyyat vasitələrinə uyğun olan “Pikap” tipli avtomobillər təqdim edib.
Federasiyadan bildiriblər ki, Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsinə, eləcə də düşmənə qarşı son günlər aparılan uğurlu...
Ermənistanın ölkəmizə qarşı hərbi hücumları davam etdirməsi, düşmən ordunun Azərbaycanda dinc əhalini, yaşayış evlərini və mülki obyektləri davamlı atəşə tutması Türkiyə ictimaiyyətinin hiddətinə səbəb olub.
İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi hazırda Azərbaycan Ordusunun işğal altındakı torpaqlarını azad etmək üçün başladığı hərəkata dəstək məqsədilə yürüş-mitinq təşkil edib.
İğdırın mərkəzində keçirilən aksiya adıçəkilən dərnəyin sədri Ziya Zakir Acarın rəhbərlik etdiyi təşkilatın bəyanatını...
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın əməkdaşları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizə aparan ordumuza dəstək aksiyasına qoşulub.
Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərinin və Aparat əməkdaşlarının əməkhaqlarından 100 min manat məbləğində vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna ianə olunması barədə qərar qəbul edib.
Moldovada yaşayan 50-yə yaxın soydaşımız Moldova Azərbaycanlıları Konqresinin (MAK) təşkilatçılığı ilə ölkəmizin Kişineudakı səfirliyinə toplaşaraq səfir Qüdsi Osmanovla görüş keçirib.
Həmvətənlərimizin səfirliyə toplaşmaqda əsas məqsədi sentyabrın 27-də cəbhədə Ermənistan təxribatı nəticəsində başlayan döyüşlərdə Azərbaycan Ordusuna dəstək ifadə etmək, habelə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmr və tapşırıqlarını yerinə yetirməyə, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyə hazır olduqlarını...
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatlarının işğal edilmiş ərazilərin azad olunması ilə nəticələnəcəyinə əminliyini bildirir.
Azərbaycanın Şanlı Ordusunun uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Mərkəzin əməkdaşlarının təşəbbüsü ilə onların əməkhaqlarının bir hissəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülüb.
Vurğulanıb ki, Azərbaycanın tarix yazdığı bu günlərdə Mərkəzin üzvləri Ermənistanın...
Xarici sularda üzən dənizçilər Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda davam edirlər. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) üçrəngli bayrağımız altında xarici sularda istismar olunan gəmilərində üzən dənizçilər Azərbaycanın haqq işinə və Milli Ordumuzun qətiyyətli mübarizəsinə dəstək nümayiş etdiriblər.
ASCO-dan bildirilib ki, dənizçilər çalışdıqları gəmilərin göyərtəsində əllərində Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” fikrini əks etdirən posterlə foto çəkdirib və bu...
Latviyanın paytaxtı Riqa şəhərində Azərbaycan ordusunun əks-hücum əməliyyatlarına dəstək yürüşü keçirilib.
“Səssiz yürüş” Riqa Texniki Universitetinin 3 cü kurs tələbəsi Samir Əzizovun təşəbbüsü ilə baş tutub. Yürüşdə Riqada təhsil alan tələbələr və Azərbaycanın diasporunın üzvləri fəal iştirak ediblər.
Yürüşdə Azərbaycan və Türkiyə bayraqları, “Qarabağ Azərbaycanındır”, “Torpaqlarımıza qayıtmaq istəyirik”, “ Ordumuzun yanındayıq” və s şüarlar nümayiş etdirilib.
Yürüşə Turkiyə diasporasının nümayəndələri də qoşulub. Tədbirin təşkilatçısı Samir...
“Hər şey Vətən üçün” aksiyası çərçivəsində təkər dolu növbəti yük avtomobil karvanı cəbhə bölgəsinə yola salınıb.
Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, bu dəfə 23 yük avtomobili ilə 16000-dən artıq təkər göndərilib.
Qeyd edək ki, “Hər şey Vətən üçün” aksiyasına “Təmiz Şəhər” ASC də qoşulub. Belə ki, yola salınan təkərlərin 10 mini Balaxanı poliqonundan toplanıb.
Xatırladaq ki, iyul ayından düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan...
Bakı Media Mərkəzi işğal altındakı torpaqlarımızın azad olunması istiqamətində əks-hücum əməliyyatı həyata keçirən şanlı Azərbaycan Ordusu ilə bağlı xüsusi videoçarx hazırlayıb.
Mərkəzin sosial şəbəkələrdəki səhifələrində yayılan paylaşımda deyilir: “Azərbaycan Ordusu güvən yerimiz, qürur mənbəyimizdir. Ordumuz vətənimizi, müstəqil dövlətimizi və ərazi bütövlüyümüzü ən yüksək səviyyədə qorumağa qadirdir. İndi şanlı Ordumuz öz qüdrəti və cəsarəti ilə bu bacarığını döyüş meydanında isbatlayır. Biz Ali...
Özbəkistanda fəaliyyət göstərən Azərbaycan diasporu BMT-nin baş katibinə, BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, MDB və YUNESKO kimi mötəbər beynəlxalq təşkilatlara müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynovun imzası ilə yayılan müraciətdə bildirilib ki, soydaşlarımız sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimini kobudcasına pozulmasına, Azərbaycanın mülki əhalisi...
Azərbaycan xalqının mətin iradəsi, xalq, dövlət və ordu birliyinin gücü, eləcə də Ermənistanın növbəti təxribatına cavab olaraq Silahlı Qüvvələrimizin əldə etdiyi uğurlar açıq məkandakı reklam qurğularında nümayiş olunur.
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ADRA-nın təşəbbüsü ilə yüzlərlə reklam lövhəsində belə qürurverici görüntülərin yayımı həyata keçirilir.
“Düşmənin məhv edilən döyüş texnikasını əks etdirən videolarla yanaşı, “Qarabağ Azərbaycandır!”,...