02
Oktyabr

2 Oktyabr

Vətən mahnıları

"Millətəm" 

Azərbaycanlı sənətçilər Qarabağ uğrunda savaşan əsgərlərə dəstək məqsədilə “Millətəm” adlı layihə ərsəyə gətiriblər. Xalq şairi Sabir Rüstəmxanlının şeirinə bəstələnmiş vətəpərvərlik ruhunda olan mahnı 2 oktyabr 2020-ci il tarixdə izləyicilərə təqdim olunub.

Musiqisi Elçin Cəfərova, aranjmanı Tərlan Məmmədhüseynova aid olan layihənin prodüseri Vüqar Şəfiyev, rejissoru Orxan Əliyev, montajçısı isə Nemət Uğurdur.

Ayaz Qasımov, Xəyyam Nisanov, Xəzər Süleymanlı, Yaşar Cəlilov, Ramal İsrafilov, Samir Piriyev, Emil Bədəlov, Elçin Cəfərov və Elton Hüseynəliyevin yer aldığı hərbi-vətənpərvərlik duyğularını çoşduran “Millətəm” mahnısının klipi izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.