İnformasiya müharibəsi
Sosial şəbəkələrdə ermənilərin növbəti təxribatı
İşğalçı Ermənistanın Azərbaycana qarşı təxribatları davam edir.
Son günlər ermənilər sosial şəbəkələrdə müxtəlif adlarla saxta profillər və saytlar açaraq Azərbaycanla bağlı dezinformasiyalar yayır. Düşmənin məqsədi bununla insanlar arasında çaşqınlıq yaratmaqdan ibarətdir.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.