Sosial media
Hərbçilərimiz düşmənin döyüş bayrağını ələ keçirdi
Azərbaycan Ordusunun Ermənistanın 193-cü taborunun Hava Endirim Komanda Birliyinin bayraqlarını ələ keçirməsini əks etdirən fotolar sosial şəbəkələrin fenomeninə çevrildi. Yayılan görüntülərdə hərbçimiz əlində işğalçı orduya məxsus döyüş bayrağını tutub.
Hər kəs hərbçilərimizin bu möhtəşəm uğurunu paylaşır, öz döyüş bayrağını atıb qaçan Ermənistan əsgərlərinin isə hansı duruma düşdüyünü göstərirdi. Çünki müharibə dövründə döyüş bayrağını itirən ordu məğlub ordu sayılır!
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.