08
Noyabr

8 Noyabr

İnformasiya müharibəsi

Şuşada məğlub olan Ermənistan ordusu “feyk-nyus”ların ümidinə qalıb

Cəbhədə məğlub olan Ermənistan ordusu “feyk-nyus”ların ümidinə qalıb. Şuşa kimi mühüm strateji əhəmiyyətə malik tarixi və əzəli şəhərimizi işğaldan azad etdikdən sonra İrəvan növbəti dəfə yalan dolu məlumatlar yaymağa başlayıb. İddia olunur ki, guya erməni ordusu şəhəri yenidən işğal etməyi bacarıb. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda isə deyilir ki, qarşı tərəf ənənsinə sadiq qalaraq dezinformasiya yaymaqla məşğuldur:

"Ermənistan tərəfi Şuşa döyüşlərindəki uğursuzluğunu ört-basdır etmək və öz cəmiyyətini sakitləşdirmək məqsədilə guya Şuşaya yenidən nəzarəti ələ keçirmək barədə dezinformasiya yayır. Bəyan edirik ki, Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir".

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.