08
Noyabr

8 Noyabr

Vətən mahnıları

Qələbəsiz dönmərəm

Qocaman zirvələri alıb qara buludlar

Vətən uğrunda ölməyə hazırıq biz, ay dağlar

Bu dağlardan o yana

Qayalardan o yana,

Qələbəylə dönəcəyik, məni gözlə, ay ana.

Diz çökərəm qarşında ölərəm mən yolunda

Qələbəsiz dönmərəm

Məni gözlə, ay ana.

Bu dağlardan o yana,

Qayalardan o yana,

Qələbəylə dönəcəyik məni gözlə, ay ana.

Yaralı esger dostunu çiynində daşıyanlar,

Göz yaşları gözlərində əbədi quruyanlar

Vahimə ağrı ayrılıq görən körpələr,

Saf uşaqlıq çağlarını dağlarda itirənlər...

Bu dağlardan o yana,

Qayalardan o yana,

Qələbəylə dönəcəyik məni gözlə, ay ana.

Diz çökərəm qarşında, ölərəm mən yolunda

Qələbəsiz dönmərəm

Məni gözlə, ay ana.

Qançanağında gözlər Xankəndi, Xocalı

İgidlər, haydı irəli,

Şuşa , Laçın yaralı,

Canımızı qurban verək

Torpaqlarımız yağı

Aman verməyək düşmənə

Vətəndən pay olmayır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.