Zəfərin yolu
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin Gənc Könüllüləri və ASAN Könüllüləri #Birlikdəstək (Birlikdə dəstək) aksiyası çərçivəsində Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə edilən hücumlardan insanları qorumaq üçün yaradılan sığınacaqları ziyarət ediblər.
Könüllülər sığınacaqları ziyarət zamanı oradakı uşaqlarla görüşüb, onların müharibə vəziyyəti ilə əlaqədar olaraq keçirdiyi psixoloji gərginliyi aradan qaldırmağa çalışıblar. Həmçinin uşaqlara boyama kitabçaları və rəngli karandaşlar hədiyyə edilib, onlarla əyləncəli vaxt...
Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) fəaliyyət strategiyasına dair qurumun katibliyi və üzv təşkilatların rəhbər şəxsləri ilə iclas keçirilib.
İclas zamanı müharibə şəraitində dövlət tərəfindən görülən tədbirlərə dəstək məqsədilə AKTİ-nin oktyabr ayı ərzində həyata keçirilmiş layihə və tədbirləri nəzərdən keçirilib. Könüllülərin “Mətbuat səngəri” layihəsinin icrası ilə əlaqədar olaraq, informasiya müharibəsində və düşmən hücumlarından zərər çəkən vətəndaşlarımıza dəstək məqsədilə başladıqları “Birlikdə dəstək” adlı...