İnformasiya müharibəsi
İrəvan növbəti yalanı tirajlayaraq hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır
Ardıcıl şəkildə dezinformasiyalar yayan Ermənistan mətbuatı son günlərdə Xankəndi ilə bağlı da növbəti yalanı tirajlamağa başlayıb. lakin Azərbaycan əvvəlki günlərdə olduğu kimi bu feyk xəbərləri də ifşa etdi.
Müdafiə Nazirliyi bildirib ki, Ermənistan mətbuatının Azərbaycan Ordusu tərəfindən Xankəndinin guya atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.
Bildirilir ki, bu cür məlumatlar yaymaqla Ermənistan müdafiə nazirliyi törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.