Sosial media
"Le Monde"nin Şuşa məqaləsi gündəm oldu
Müharibənin son günlərində Şuşa uğrunda gedən gərgin döyüşlər dünya mətbuatının da gündəmində oldu. Fransanın “Le Monde” qəzeti “Azərbaycan Ordusu hücumunun əsas məqsədi olan Şuşaya çatdı” yazmasından sonra sosial mediada hər kəs nəşrin dərc etdiyi məqaləni paylaşdı. İnsanlar məqalədən sitatlar gətirir, artıq Şuşanın bir addımlığında olmağımızın qürurunu yaşayırdı. Xüsusən də məqalədə yazılan "Şuşanı müdafiə edənlər pərən-pərən düşmüş vəziyyətdədirlər. Hərbi təcili yardım maşınlarında, onlarla yaralı, qan içində, yorğun vəziyyətdə vadidə yerləşən Xankəndi şəhəri xəstəxanasına daşınılır" cümlələri daha çox paylaşılan fikirlər oldu. Həmin gün "Le Monde"nin məlum məqaləsi sosial mediada gündəmə çevrildi.