02
Noyabr

2 Noyabr

İnformasiya müharibəsi

Hikmət Hacıyev ermənilərin saxtakarlığını ifşa edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində ermənilərin saxtakarlığını ifşa edib.

Prezidentin köməkçisi hesabında iki şəkil paylaşaraq bunları yazıb: “Şəkil 1: Ermənistan tərəfindən Azərbaycanın Tərtər rayonunun Ələsgərli kəndi atəşə tutuldu. Günün fotosu kimi paylaşdım. Erməni “Smerch” raketinin mühərrik hissəsi masaya düşərək yerə girib.

Şəkil 2: Uğursuz erməni saxtakarlığı. Onlar hörümçək torunu belə təmizləməyi unudublar”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.