02
Noyabr

2 Noyabr

Sosial media

Atəşkəsi pozan düşmənin Su-25 təyyarəsi məhv edildi

Baxmayaraq ki, tərəflər arasında humanitar atəşkəs razılaması var idi, düşmən noyabrın 2-də təxribatlarından, qoyub-qaçdığı Azərbaycan torpaqlarına yenidən hücum etmək cəhdlərindən əl çəkmədi. Nəticədə şanlı Azərbaycan Ordusu işğalçılara yerini göstərərək Ermənistan ordusuna məxsus xeyli sayda silah qüvvə və texnikanı məhv etdi.

Həmin gün Müdafiə Nazirliyinin yaydığı məlumatda düşmənə məxsus Su-25 döyüş təyyarəsinin vurulması xəbəri isə sosial şəbəkələrdə daha çox paylaşıldı. Sosial mediada quruda olduğu kimi havada da mənfur düşmənə layiqili cavab verilməsi ilə bağlı paylaşımlar çoxaldı.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.