Zəfərin yolu
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ünvanına məktublar gəlməyə davam edir.
Məktublardan bir neçəsini təqdim edirik:
Əzizağa Əliyev və başqalarından, Bişkek, Qırğızıstan
“Çox hörmətli Prezidentimiz.
Qırğızıstan azərbaycanlılarının “AZƏRİ” İctimai Birliyi Azərbaycan Dövlətinin və onun başçısının yanında olduğunu bir daha bəyan edir.
Dağlıq Qarabağda işğal altında olan yaşayış məntəqələrimizin işğalçılardan azad edilməsi uğrunda Azərbaycan Ordusunun keçirdiyi təmizləmə əməliyyatını alqışlayır və Qırğızıstandakı cəmiyyətimizlə birlikdə silahlı qüvvələrimizin yanında olduğumuzu bildiririk.
Başqa bir ölkənin vətəndaşı olsaq da,...
Şamaxı rayonunun Rus icması Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir:
"Çox hörmətli İlham Heydər oğlu.
2020-ci il sentyabrın 27-də separatçı erməni qoşunlarının irimiqyaslı təxribatına cavab olaraq Azərbaycan öz torpaqlarını artıq 30 ilə yaxın davam edən işğaldan azad etmək üçün əks-hücum əməliyyatına başladı.
Biz sülhpərvər insanlarıq, gözləyir və ümid edirdik ki, Qarabağ məsələsi sülh yolu ilə həll edilər. Lakin bizim də səbrimiz tükəndi.
İndi Azərbaycan xalqı...