01
Noyabr

1 Noyabr

İnformasiya müharibəsi

Düşmənin növbəti PUA yalanı üzə çıxdı

İşğalçı ordunun ciddi başağrısına çevrilən Azərbaycanın Pilotsuz Uçuş Aparatları(PUA) uğurlu əməliyyatlar reallaşdırır. Bu səbəbdən də rəsmi İrəvan erməni hərbçilərin qorxulu yuxusuna çevrilmiş PUA-larımızla bağlı dəfələrlə heç bir əsası olmayan məlumatlar yaymağa çalışır. Lakin hər dəfə Azərbaycan Müdafiə Nazirliyi bu dezinformasiyaları ifşa edir.

Müdafiə Nazirliyi Ermənistan mediasının noyabrın 1-də Xankəndi üzərində Azərbaycan Ordusuna məxsus PUA-nın vurulması ilə bağlı yaydığı xəbər həqiqəti əks etdirmədiyini və düşmən tərəfinin növbəti dezinformasiyası olduğunu açıqlayıb..

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.