01
Noyabr

1 Noyabr

Sosial media

Aciz düşmən məcburi köçkünlər üçün salınan yaşayış kompleksini hədəf seçdi

Müharibənin son günlərində ön xəttə Azərbaycan ordusunun həmlələri qarşısında tab gətirməyən düşmən cəbhəboyu ərazilərdəki yaşayış məntəqələrini, mülki insanların evlərini artilleriya atəşinə tutmaqda davam etdi.

Noyabrın 1-də Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Qapanlı, Əskipara, Səhləabad kəndləri növbəti dəfə Ermənistan silahlı qüvvələrinin bölmələrinin intensiv artilleriya atəşinə məruz qalması sosial mediada ən çox paylaşılan mövzulardan biri oldu. Xüsusən də hücum nəticəsində evlərə və infrastruktura dəyən ziyanı əks etdirən fotolar gündəm oldu.

Tərtər rayonunda məcburi köçkünlər üçün salınan yaşayış kompleksindən olan fotolar isə daha çox paylaşıldı.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.