30
Oktyabr

30 Oktyabr

Sosial media

Bərdənin qisası alınır

Bərdəyə xaincəsinə raket hücumu edərək dinc insanların ölümünə səbəb olan Ermənistan ordusu bu faşist əməlinin bədəlini ağır şəkildə ödədi. Bərdə faciəsindən bir gün sonra mediada və sosial şəbəkələrdə hərbçilərimizin həyata keçirdiyi döyüş əməliyyatlarının videosu geniş şəkildə yayıldı.

Hər kəs namərd düşməndən Bərdədə həlak olan vətəndaşlarımızın qisasının döyüş meydanında alındığını yazır, paylaşımlarında Ordumuza uğurlar arzulayırdı.

Müdafiə Nazirliyinin yaydığı məlum döyüş videoları həmin dövrdə xalqımızın fəxrlə paylaşdığı məşhur görüntülərdən birinə çevrildi.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.