Vətən mahnıları
"Kəndinə qayıdır Xan"
44 günlük savaşda müğənni Xatirə İslam da vətənpərvərlik mövzusunda mahnı ifa edib. İfaçı mahnını doğulduğu Xankəndi şəhərinə həsr edib. "Kəndinə qayıdır Xan" adlanan bəstənin müəllifi Şey Ree, aranjımanı isə Hasan Haidara aiddir. İfaçının fərqli janrda səsləndirdiyi mahnı sosial şəbəkələrdə ən çox paylaşılanlar sırasında olub.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.