Zəfərin yolu
Azərbaycan döyüş meydanında olduğu kimi informasiya cəbhəsində də uğurla mübarizə aparır. Ermənistanın xeyrinə olan bir sıra yalan informasiyaları ifşa edərək sayt və sosial şəbəkələrdə yayılan dezinformasiyaların vaxtında qarşısı alınır. Buna misal olaraq məşhur Yahoo saytında dərc olunan “Qarabağ şəhəri döyüş ayı ərzində ən ağır atəşə tutuldu” başlıqlı xəbəri göstərmək olar. Xəbərdə ermənilərin Bərdədə törətdiyi terror hadisəsi “Qarabağ bombalandı“ kimi qələmə verilib. Belə ki,...
Ermənistan mətbuatının Azərbaycan Ordusunun guya Ermənistan ərazisində İranla həmsərhəd bölgələrdə yerləşən Rusiya sərhəd zastavasını minaatanlardan atəşə tutması ilə bağlı yaydığı məlumat tamamilə dezinformasiyadır və təxribat xarakteri daşıyır.
Əksinə, həmin istiqamətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisi atəşə tutulub.
Bir daha bildiririk ki, bizim Ermənistan ərazisində heç bir hərbi məqsədimiz yoxdur.
Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndiyə raket, Əsgəran, Ağdərə və Xocavəndə isə aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır. Bu xəbər düşmənin bu gün Azərbaycanın yaşayış məntəqələrini raket-artilleriya atəşinə tutmasından diqqəti yayındırmaq məqsədini güdür.
Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə riayət edir və yalnız düşmənin atəş nöqtələrinə adekvat zərbələr endirir.