29
Oktyabr

29 Oktyabr

Vətən mahnıları

"Ulu vətən"

Sevilən ifaçı Əməkdar artist Sevda Ələkbərzadə Türkiyənin "Manqa" qrupunun solisti Ferman Akgül ilə "Ulu vətən" mahnısını ifa ediblər.

Mahnının musiqisi Zaur Abdullayevə, sözləri Samirə Xasməmmədovaya aiddir. Layihənin prodüserləri isə ProMete və İsa Məlikovdur.

Akgül Türkiyə mətbuatına açıqlamasında bildirib ki, təklif ondan gəlib və mahnı Qarabağa həsr olunub:

"Klipi Ermənistanın Azərbaycanda mülki şəxslərə atəş açdığı yerlərdə çəkəcəyik. "Ulu vətən"i yenidən aranjiman etdik. Niyyətim müharibədən ziyan çəkən bölgələrə getməkdir. Bir musiqiçi olaraq iki ölkə arasındakı qardaşlıq bağını sənət sahəsində də birləşdirməli olduğumuzu düşünürəm. Ən əsası isə dünyanın sənət və əyləncə aləminə Azərbaycanda baş verənləri və dostluğumuzu göstərmək istəyirəm".

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.