29
Oktyabr

29 Oktyabr

Sosial media

Ramil Quliyev Bərdədə törədilən terrora biganə qalmadı

Türkiyə yığmasının əslən azərbaycanlı atleti Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə reaksiya verib.

30 yaşlı idmançı bununla bağlı "Instagram"da paylaşım edib.

O, üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb. Quliyev həmçinin sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və "Qarabağ Azərbaycandır" yazıb.

Təcrübəli atlet ermənilərin Gəncədə törətdikləri terror hadisəsi ilə bağlı paylaşım etmişdi.

Qeyd edək ki, Ramil Quliyev 200 metr məsafəyə qaçış üzrə Avropa və dünya çempionudur.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.