İnformasiya müharibəsi
Erməni hərbi təbliğat maşınının növbəti uydurması
Rəsmi İrəvanın dövriyəyə buraxdığı məşhur yalanlarından biri də guya hər gün bir döyüş təyyarəmizin vurulmasıdır. Lakin hər dəfə Azərbaycan Müdafiə Nazirliyi bu məlumatların "Fake" xəbər olduğunu bəyan edir. Nazirliyin yaydığı bəyanatda bildirilir ki, Ermənistan tərəfinin Azərbaycana məxsus hərbi təyyarənin guya vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti uydurmasıdır.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.