Zəfərin yolu
iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat keçirilən tədbirlər çərçivəsində “Əsgərə məktub” layihəsi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanlanan məktublar hərbi qulluqçularımızda xoş təəssürat yaradır və onlar tərəfindən sevinclə qarşılanır.
Hərbi qulluqçular da öz növbəsində xalq-ordu birliyinin təntənəsi...
Azərbaycanın Qırğızıstandakı səfirliyinin qarşısında terrorçu Ermənistanın Azərbaycanın mülki əhalisini hədəfə almasına qarşı etiraz aksiyası keçirilib.
Tədbirdə Qırğızıstanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, ölkənin ictimai-siyasi xadimləri, Azərbaycan diasporunun üzvləri, Bişkek şəhərinin sakinləri, jurnalistlər iştirak ediblər.
Onlar səfirliyin binası önündə erməni terroru ilə bağlı stendlərə baxıb, mülki əhaliyə qarşı xain hücumun nəticələrini əks etdirən fotoların önünə...
Vətənimizin cəbhə bölgəsində aparılan uğurlu əks-hücum əməliyyatı və torpaqlarımızın işğalçılardan azad etmə uğrunda gedən döyüşlərdə "Cəlilabad Şərab-2" ASC və Cəlilabad "AVANQARD" MMC Milli Ordumuza dəstək göstərib. Belə ki, "Cəlilabad Şərab-2" ASC 50 min manat, Cəlilabad "AVANQARD" MMC 50 min manat vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüb.
Eşq olsun müzəffər Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!
Otuz ilə yaxındır ki, bir milyondan çox qaçın və məcburi köçkün soydaşımız öz torpaqlarından, yurd yerlərindən ayrı düşüb. Respublikamızın bölgələrinə səpələnən məcburi köçkün ailələrindən biri də vaxtilə Füzulinin Qarakollu kəndindən didərgin düşən Hüseynovlar ailəsidir.
Sentyabrın 27-dən başlayaraq düşmənin təxribatına layiqli cavab verən Azərbaycan əsgərinin zəfər xəbərlərinə ən çox sevinənlərdən biri də məhz bu ailədir. Artıq digər yaşayış məntəqələrimiz kimi, bu kəndimiz də...
Ağdaş Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə aid olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna könüllü olaraq, ümumilikdə, 9330 manat vəsait köçürülüb.
Regional mədəniyyət idarəsindən bölgə müxbirinə verilən məlumatda bildirilir ki, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq cəbhə bölgəsinə isti geyimlər, odeyallar və digər zəruri avadanlıqlar da göndərilib.
Eyni...
Zərdab Rayon Gənclər və İdman İdarəsi və Gənc Könüllülər tərəfindən birgə başlanan “Biz birlikdə güclüyük!” adlı dəstək kampaniyası çərçivəsində cəbhə zonasına ilk səfər baş tutub.
Səfər çərçivəsində kampaniyaya qoşulan vətənpərvər gənclərimizin sayəsində böyük həvəslə hazırlanan sovqatların ön cəbhədə döyüşən əsgərlərimizə çatdırılması təmin edilib.
Ordumuzun təminatının yüksək səviyyədə olduğunu bildiklərini qeyd edən təşkilatçılar vurğulayıblar ki, əsas məqsədləri bu cür kampaniyalarla əsgərlərimizə...
Türkiyədə fəaliyyət göstərən “SS №32” Əliağa Kasalı Kamyonçular Kooperativi Azərbaycana dəstək aksiyasına başlayıb.
Kooperativin bütün ağırtonnajlı yük maşınlarında Azərbaycan və Türkiyənin dövlət bayraqları asılıb. Kooperativin rəhbəri Savaş Uzun və onun müavini Abdullah Erikçinin kollektiv qarşısında çıxışında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və mülki əhaliyə davamlı hücumları ən kəskin ifadələrlə qınanılıb. Qeyd olunub ki, aksiyanı keçirməkdə məqsəd insanların diqqətini Azərbaycanın haqq işinə yönəltmək, müzəffər...
Azərbaycandan çox-çox uzaqda - Cənubi Amerika qitəsində yerləşən Qayana Kooperativ Respublikasında yaşayan yeganə azərbaycanlı Təranə Qədirova ailəsi ilə birlikdə dünya ictimaiyyətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə ikili münasibət göstərməsinə etiraz edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, o və ailə üzvləri əllərində Qarabağa aid “Azərbaycan önəmlidir!”, “Qarabağ Azərbaycandır!”, “Dünya niyə biganədir?!” plakatları tutaraq dünyanı Azərbaycana qarşı ədalətsizliyə son qoymağa çağıraraq, ölkəmizə dəstəklərini...
Azərbaycan Xalqlar Dostluğu Dərnəyinin təşkilatçılığı ilə Azərbaycanın dinc əhalisinə qarşı Ermənistanın törətdiyi terror aktını qınamaq üçün Antalyada etiraz aksiyası və avtoyürüş təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, yürüşdən əvvəl Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, Gəncə terroru zamanı həlak olanların xatirəsi yad edilib.
Aksiyada soydaşlarımız, yerli və xarici qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də siyasi partiya təmsilçiləri və jurnalistlər iştirak ediblər.