21
Oktyabr

21 Oktyabr

Sosial media

 Xudayar Yusifzadənin ifası sosial şəbəkələrdə trendə çevrildi

Şəhid Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl döyüş bölgəsində Əliağa "Vətən yaxşıdır" mahnısını ifa edib və bunu telefon vasitəsilə lentə alıb. Həmin video qısa müddət ərzində sosial şəbəkələrdə trendə çevrilib. Onun ifası şəhid olmasından sonra geniş yayıldı və Xudayar Yusifzadə qısa müddət ərzində daha çox tanındı.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.