20
Oktyabr

20 Oktyabr

İnformasiya müharibəsi

Düşmənin azərbaycanlı zabitlərlə bağlı yalanı üzə çıxıb

Döyüş meydanında Azərbaycan Ordusunun ağır zərbələrinə məruz qalan Ermənistan tərəfi sosial şəbəkələr vasitəsilə virtual məkanda yalan və böhtan yaymaqla məğlubiyyətini kompensasiya etməyə çalışır.

Belə ki, sosial şəbəkələrin erməni seqmentində döyüşlərdə polkovniklər Bəxtiyar Babayev və Elşən Qarayevin öldürülməsi barədə yalan məlumatlar yayılır.

Əslində isə araşdırma zamanı məlum oldu ki, Azərbaycan Ordusunun şəxsi heyətində Bəxtiyar Babayev adlı polkovnik rütbəli hərbçi yoxdur və heç vaxt olmayıb.

Ermənilərin yazdığı digər hərbçi - Elşən Qarayev isə sağdır və güc strukturlarının birində ehtiyatda olan zabiti kimi fəaliyyət göstərir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.