Zəfərin yolu
Strateji cəhətdən mühüm əhəmiyyətə malik olan Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalandı. Sosial şəbəkələrdə uzun illər Ermənistan ordusunun işğalda saxladığı bu tarixi ərazidə müzəffər əsgərlərimiz və bayrağımızın olmasını əks etdirən foto yayıldı. Hər kəs Xudafərində Azərbaycan bayrağının dalğalanmasına sevinərək məlum fotonu qürur hissi ilə paylaşdı.
Elə həmin gün Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə Xudafərinin azad olunmasını məruzə edən hərbçilərimizin videosu...
İkinci Qarabağ müharibəsi zamanı ən ağır döyüşlərin getdiyi bölgələrdən biri də Füzuli oldu. Vətən müharibəsi zamanı şəhərin uğurlu şəkildə işğaldan azad olunması xalqımız tərəfindən böyük sevinc hissi ilə qarşılandı.
Məhz Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağının qaldırılması sosial mediada ən çox paylaşılan görüntülərdən biri idi. Qəhrəman Azərbaycan əsgərlərinin düşməni tarixi və əzəli torpaqlarımızdan qovaraq növbəti əraziyə bayraq sancması, Ali Baş Komandana məruzə etməsi...