Zəfərin yolu
Bu gün Almaniyadakı Azərbaycan icması erməni təcavüzünə və Azərbaycanın dinc sakinlərinin atəşə tutulmasına etiraz və rəşadətli Azərbaycan ordusunun xilaskarlıq missiyasına dəstək əlaməti olaraq Berlində irimiqyaslı nümayiş keçirib.
Günorta saatlarında Aleksanderplats meydanında başlayan aksiyada nümayişçilər Unter-den-Lindendən irəliləyərək Brandenburq qapıları qarşısında böyük mitinq keçiriblər.
Nümayişdə təqribən 2 min nəfər iştirak edib. Dörd saat davam edən aksiya boyu iştirakçılar “Erməni təcavüzünü dayandırın!”,...
Oktyabrın 18-də Gürcüstanda Azərbaycan Ordusuna dəstək aksiyası çərçivəsində növbəti tədbir keçirilib.
Tbilisidə, Gürcüstan parlamentinin qarşısında keçirilən aksiyada erməni terroru kəskin pislənilib, “Qarabağ Azərbaycandır?”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Yaşasın Azərbaycan Ordusu!”, “Yaşasın Azərbaycan-Gürcüstan qardaşlığı!” və s. şüarlar səsləndirilib.
“Borçalı İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov tədbiri açdıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aksiyada Suxumi Universitetinin professoru, politoloq Quram Marxuliya, Gürcüstan...
Ermənistan hərbçilərinin Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində yaşayış evlərinə, yardımçı binalara, məktəblərə, mağaza və digər obyektlərə, elektrik və qaz təsərrüfatlarına, aqrar sahəyə ziyan dəyib. Lakin düşmənin terror əməllərinə baxmayaraq cəbhə bölgəsində yaşayan sakinlərdə böyük ruh yüksəkliyi var. Onlar Azərbaycan Ordusunun gücünə, Ali Baş Komandana və dövlətimizə güvənir, qələbənin uzaqda olmadığına inanırlar.
Ağdam rayonunun Qaradağlı kəndi...
Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycana daha bir dəstək yürüşü keçirilib.
Onlarla avtomobil Azərbaycan və Türkiyənin dövlət bayrağı ilə paytaxt küçələrində hərəkət ediblər.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə, təcavüzkar hərəkətlərinə, dinc əhalinin ağır texnika və raketlə atəşə tutulmasına etiraz edən yürüşçülər birlik və zəfər şüarları səsləndiriblər.
Şəhərin müxtəlif yerlərində dayanan bayraqlı avtomobil karvanı paytaxt ictimaiyyəti tərəfindən də maraqla qarşılanıb.
Norveçin Stavanger şəhərində yaşayan Azərbaycan, türk icmasının nümayəndələri və digərlərinin birgə iştirakı ilə Azərbaycan bayraqları, erməni vəhşiliklərini əks etdirən fotolar, plakat və şüarlarla “Qarabağa azadliq!”, “Erməni təcavüzünə son!” və “Qarabağ Azərbaycandır!” şüarları ilə aksiya keçirilib.
Şəhərin mərkəzi meydanı Byparken pavilyonunda yerləşən parkda azərbaycanlıların başladığı dinc mitinq yerli sakinlərinin də diqqətindən yayınmayıb.
Burada yaşayan həmyerlimiz, azərbaycanlı fəal İradə Esmaelyin deyib: “Biz onlara erməni terrorundan bəhs edən...
Strasburqda Azərbaycanın haqq işinə dəstək aksiyası keçirilib.
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyindən verilən məlumata görə, Strasburqda yaşayan Azərbaycan icmasının üzvləri Azərbaycan Respublikasının dövlət müstəqilliyi günü, oktyabrın 18-də ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyində toplaşaraq, Ermənistanın hərbi təcavüzü və işğalına qarşı mübarizə aparan Azərbaycan dövləti və xalqına dəstəyini ifadə ediblər. Gəncə və ölkəmizin digər şəhər və rayonlarında yaşayan mülki əhaliyə qarşı Ermənistanın törətdiyi hərbi cinayətləri qınayan aksiya iştirakçıları...