Sosial media
Gəncə terrorunda al-qana bulaşan azyaşlının təbəssümü
Ermənistan orudusu gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutdu. Nəticədə 4-ü qadın olmaqla, 9 nəfər həlak oldu. Bununla yanaşı, binaların altında bir neçə uşaq çıxarıldı, onlar müxtəlif ağır bədən xəsarətləri aldılar.
Raket atəşi zamanı dağıntılar altından yaralı halda çıxarılan azyaşlı Ömər Nəsirovun video və fotosu isə sosial şəbəkələrdə rezonans doğurdu. Çünki Ömər al-qan içində olsa da faşist xislətli erməni vandallarına gülümsəyərək cavab verirdi. Sanki onun simasındakı təbəssümlə düşmənə nifrəti bir-birinə qarışdı. Sosial mediada fenomenə çevrilən məlum foto uşaq qatillərinə nifrət, dünyaya sülh mesajı oldu.