11
October

11 Oktyabr

İnformasiya müharibəsi

Ermənistan yalan məlumat yayır

İşğal altında olan yaşayış məntəqələrinə guya Azərbaycan Ordusunun raket zərbələri endirməsi barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır və dezinformasiyadır. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistandan fərqli olaraq Azərbaycan humanitar atəşkəs rejiminə tam əməl edir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.