07
Oktyabr

7 Oktyabr

Vətən mahnıları

"Qələbə"

Müğənni-bəstəkar Murad Arif vətənpərvərlik mövzusunda olan "Qələbə" adlı mahnısı ilə haqq savaşımız dövründə diqqət çəkib. Bəstənin sözləri və musiqisi sənətçinin özünə məxsusdur. 

“Kamança və rok qarışığı olan bu musiqi hələ 2016-ci il Aprel hadisələrindən təsirlənərək bəstələnib. Amma, düz 4 il hazır nəğmənin sözlərini yaza bilmirdim. Nəhayət indi içimdəki hisslər, musiqiylə uyğunlaşdı. İstəyirəm ki, bu mahnıyla bütün enerjimi, arzularımı, duyğularımı xalqımız, hərbçilərimiz duysun...”, sənətçi yeni mahnısını paylaşaraq rəsmi feysbuk səhifəsində bu sözləri yazıb.



Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.