07
Oktyabr

7 Oktyabr

Təqaüdündən 180 manat əsgərlərə göndərən Hikmət baba

Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə və ölkəmizin haqq işinə dəstək məqsədi ilə Şəki şəhər sakini Hikmət Musayev “ASAN xidmət” mərkəzinə gələrək ordumuza 180 manat maddi dəstək olub.

O, eyni zamanda “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.

ASAN könüllüləri Baş Küngüt kəndinin sakini olan Hikmət Musayevə şanlı Azərbaycan Bayrağını təqdim ediblər. Hikmət Musayev müqəddəs bayrağımızı öpərək təhvil alıb. O, qəhrəman Vətən övladlarının qələbəsinə...

07
Oktyabr

7 Oktyabr

Konyada Azərbaycana dəstək aksiyası keçirilib

Türkiyənin Konya şəhərində yaşayan soydaşlarımız Azərbaycana dəstək məqsədilə aksiya keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, şəhərin Zəfər meydanında toplaşan həmvətənlərimizin qarşısında Azərbaycan İş Adamları Dərnəyinin idarə heyətinin üzvü Vüqar Abdullah çıxış edib. Qeyd edib ki, Konyada yaşayan azərbaycanlılar olaraq işğalçı Ermənistanın ölkəmizə qarşı təcavüzkar təxribatlarını, ermənilərin 100 ildir təkcə Azərbaycan Türklərinə deyil, bütün Türk Dünyasına münasibətdə sərgilədikləri düşmən davranışını şiddətlə qınayırıq.

Dağlıq Qarabağın...

07
Oktyabr

7 Oktyabr

Münhendəki Azərbaycan Evində ölkəmizə dəstək məqsədilə tədbir keçirilib

Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Azərbaycan Evində müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə toplantı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Münhen–Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə faşist mahiyyətli Ermənistanın işğalçı silahlı qüvvələrinin sentyabrın 27-də bütün cəbhəboyu Azərbaycana qarşı genişmiqyaslı hücuma keçməsi, ölkəmizin təmas nöqtəsində, eləcə də Dağlıq Qarabağdan uzaqda olan şəhərlərində mülki yaşayış ərazilərinə və obyektlərinə raket zərbələri endirməsi...

07
Oktyabr

7 Oktyabr

Türkiyədə yaşayan azərbaycanlı iş adamları Ordumuza dəstək olurlar

Sentyabrın 27-də işğalçı Ermənistan ordusunun növbəti təxribatçı hücumundan sonra Azərbaycan Ordusunun qətiyyətli hücuma keçərək düşmənə layiqli cavab verməsi, 30 ildir işğal altında olan torpaqlarımızı azad etməsi hər bir azərbaycanlı kimi, qardaş Türkiyə vətəndaşları tərəfindən də böyük sevinc hissi ilə qarşılanır.

Bu gün bütün dünya bir daha gördü ki, Azərbaycanla Türkiyə, ulu öndər Heydər Əliyevin dediyi kimi “bir millət, iki dövlət”dir. Türkiyə dövləti...

07
Oktyabr

7 Oktyabr

Əmanətlərin Sığortalanması Fondu Silahlı Qüvvələrə Yardım Fonduna dəstək göstərib

Sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlər davam etməkdədir.

Əmanətlərin Sığortalanması Fondundan (ADIF) bildirilib ki, qurumun kollektivi işğal altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna yardım məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna dəstək göstərib. Əmanətlərin Sığortalanması Fondunun əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna könüllü olaraq qida, geyim və digər vacib ləvazimatlar ilə yardım göstəriblər.

07
Oktyabr

7 Oktyabr

Avstriya Azərbaycanlıları Cəmiyyəti Ermənistanın ölkəmizə qarşı müharibə cinayətlərini pisləyib

Avstriyanın Zalsburq şəhərində fəaliyyət göstərən Avstriya Azərbaycanlıları Cəmiyyətində (AAC) sentyabrın 27-dən başlayaraq Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti təxribat, Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutması və buna qarşı görülən adekvat tədbirlərə həsr olunmuş tədbir keçirib.

Avstriyanın Zalsburq, Lins, İnsbruk, Sankt-Pölten və digər şəhərlərində yaşayan soydaşlarımızın, türk diasporunun təmsilçilərinin və Avstriya ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə Ermənistanın Azərbaycana qarşı təxribatı...

07
Oktyabr

7 Oktyabr

Fövqəladə Hallar Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də törətdikləri növbəti hərbi təxribatın qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlayaraq işğal olunmuş Azərbaycan torpaqlarını uğurla azad edir. Ordumuzun qısa müddətdə əldə etdiyi ardıcıl qələbələr xalqımızın döyüş ruhunun daha da yüksəlməsinə səbəb olmaqla, xalqımızı bir yumruq kimi düşmənlə istər ön, istərsə də arxa cəbhədə mübarizəyə kökləyir.

FHN-dən verilən məlumata görə, bu gün dünyanın ən qüdrətli orduları sırasında ön...

07
Oktyabr

7 Oktyabr

Dövlət Miqrasiya Xidməti Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb

Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait ayırıb.

Dövlət Miqrasiya Xidmətinin bütün əməkdaşları Ali Baş Komandanın rəhbərliyi altında tariximizdə yeni bir şanlı səhifə yazan, qürur mənbəyimiz olan ordumuza haqq yolunda yeni zəfərlər arzulayır.

07
Oktyabr

7 Oktyabr

Şura üzvləri və Katibliyin əməkdaşlarından Silahlı Qüvvələrə dəstək

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri və Katibliyin əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürüb.

Bu qərar 27 sentyabrdan etibarən işğal altında olan torpaqlarımızı düşməndən azad etmək üçün uğurlu hərbi əməliyyatlar aparan Ordumuza dəstək məqsədi daşıyır.

07
Oktyabr

7 Oktyabr

Moskvanın Food Sity agroklasterində fəaliyyət göstərən azərbaycanlılardan ordumuza dəstək

Moskvanın Food Sity agroklasterində fəaliyyət göstərən azərbaycanlılar torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 105 min manat ianə edib. Maliyyə vəsaitindən əlavə olaraq orduya lazım olan ləvazimatlar da göndərilib.

Moskvada çalışan azərbaycanlılar müzəffər Azərbaycan Ordusunun tezliklə tam qələbə qazanacağına əmindirlər və hər zaman ona dəstək verməyə hazırdırlar. Soydaşlarımız torpaqlarımızın işğaldan azad edilməsi...

07
Oktyabr

7 Oktyabr

Cəlilabadda milli orduya dəstək aksiyası keçirilib

Bu gün ölkəmizin hər yerindən olan vətəndaşlarımızın ürəyi düşmənlə Vətən torpaqları uğrunda döyüşən əsgər və zabitlərimizlə birlikdə döyünür. Sadə vətəndaşlar ordumuza dəstək olmaq üçün cəbhəyə zəruri olan müxtəlif məhsullar yola salırlar. "Qarabağ Azərbaycandır!", "Hər şey Vətən üçün!" şüarları yazılmış maşın karvanlarının üz tutduqları istiqamət də elə Qarabağdır.

Ölkəmizin bütün regionlarında olduğu kimi, Cəlilabad rayonunda da sakinlər Milli Ordumuza həmrəy olaraq cəbhədəki əsgərlərə zəruri olan...