07
Oktyabr

7 Oktyabr

İnformasiya müharibəsi

Düşmənin növbəti saxta məlumatları ifşa edildi

Sosial şəbəkələrdə erməni yalanlarının ifşa edilməsi istiqamətdə aktiv olan “Fact Chek Karabakh” səhifəsi növbəti erməni yalanlarını üzə çıxarıb. Bu faktlar yerli mediada da dərc edilib.

Düşmənin yaydığı dezinformasiya xarakterli məlumatlar, o cümlədən muzdlu rus əsgərlərin Xankəndinə girəcəyi, Azərbaycan Skautlar Assossasiyasının rəhbərinin könüllü olaraq düşmən tərəfə keçməsi, Türkiyənin 1500 suriyalı yaraqlını Azərbaycana göndərməsi kimi saxta məlumatlar ifşa olunub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.