07
Noyabr

7 Noyabr

Sosial media

İrəvanın hərbi cinayətlərinin daha bir qurbanı: 16 yaşlı yeniyetmə

Müharibənin son günlərində döyüş meydanında məğlub olaraq geri çəkilən Ermənistan ordusu təəssüf ki, növbəti dəfə mülki əhalini hədəf seçdi.

Noyabrın 7-də düşmənin silahlı birləşmələri tərəfindən Bərdə rayonunun Yeni Əyricə kəndinə raket atıldı ki, nəticədə 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak oldu.

Sosial şəbəkələrdə erməni faşizminin və vəhşiliyinin növbəti nümunəsi olan bu hadisə ilə

bağlı paylaşımlar gündəm oldu. Xüsusən də dünyanın erməni terroruna susduğu bir vaxtda xalqımız həmrəy olaraq müzəffər ordumuza dəstəyi davam etdirdi.

Vətəndaşlar öz paylaşımlarında 10-cu sinif şagirdi olan Şahmalı Rəhimovun ailəsinə başsağlığı verirdi. Xalq Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı terror əməllərini davam etdirməsini pisləyirdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.