31
Oktyabr

31 Oktyabr

Sosial media

Bərdə faciəsi:Qardaşının əlini öpüb ağlayan bacı

Vətən müharibəsi zamanı cəbhədə məğlub olaraq geri çəkilən Ermənistan ordusu təəssüf ki, mülki əhalini hədəf alırdı. İşğalçıların atdıqları raket və mərmilər isə dinc sakinlər arasında itkilərə səbəb oldu. Bu mənada erməni vəhşiliyinin Bərdə nümunəsi sosial şəbəkələrdə daha çox müzakirə olunan mövzulardan biri idi.

Oktyabrın 28 də Bərdəni raket atəşinə tutan Ermənistan ordusu burada ötən ilin ən böyük faciələrindən birinə səbəb oldu. Hadisə yerindən çəkilən bir foto isə sonrakı günlərdə sosial mediada ən çox paylaşılan görüntü idi. Fotoda həlak olan Bərdə sakininin cansız bədəni bacının qardaşın əlindən öpərək ağladığı bir acı mənzərə təsvir olunmuşdu.

Bərdə faciəsini əks etdirən və sosial şəbəkələrdə ən çox paylaşılan bu fotosu hətta ABŞ-ın “The New York Times” qəzetinin dərc etdiyi məqalənin əsas şəkili oldu. Sonrakı dövrdə isə "Time" nəşri ilin fotoları sırasında erməni faşizminin nəticə olaraq ortaya çıxan bu şəkili də seçdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.