Zəfərin yolu
Lüksemburqda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən əsgərlərimizə dəstək, eləcə də Ermənistanın raket atəşləri nəticəsində Gəncədə həlak olmuş mülki əhalinin xatirəsini yad etmək məqsədilə aksiya keçirilib.
Lüksemburqda əlverişsiz hava şəraitinə baxmayaraq, burada yaşayan azərbaycanlılar şəhərin Guillaume II mərkəzi meydanına toplaşıblar.
Bütün ailə üzvləri ilə meydana toplaşan azərbaycanlılar Gəncədə həlak olan uşaqların xatirəsinə oyuncaqlar, uşaq ayaqqabıları və gül-çiçək düzərək, uşaqların qətlə yetirilməsini diqqətə...
Kanadanın Vankuver şəhərindəki azərbaycanlı icmanın təşkilatçılığı və Kanada Azərbaycanlıları Şəbəkəsinin (“Network of Azerbaijani Canadians”) texniki dəstəyi ilə Qarabağ üçün həmrəylik nümayişi və Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi terror aktlarına etiraz əlaməti olaraq yürüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, "Vancouver Public Library" meydanına toplaşan aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin törətdiyi vandalizm aktları...
Türkiyədə Azərbaycana qardaş dəstəyi davam edir. Bələdiyyələr, dövlət qurumları, ictimai təşkilatlar, özəl müəssisələr bu və ya digər formada ölkəmizə və xalqımıza qardaş sevgisini nümayiş etdirirlər. Ən böyük dəstək isə Azərbaycan bayrağına göstərilən ehtiramdır.
İzmirin Əliağa rayonunun mərkəzində nəhəng Azərbaycan bayrağının asılması da bu cür dəstək aksiyalarından biridir. Yerli sakinlər bunu böyük məhəbbətlə qarşılayıblar. İndi üçrəngli bayrağımızın dalğalandığı ərazi rayonun ən cəlbedici məkanlarından birinə çevrilib.
"Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bu medalı şəhidlərimizə həsr edirəm".
Bunu Budapeştdə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanan Azərbaycan cüdoçusu Rüstəm Orucov deyib.
İdmançı bildirib ki, qazandığı mükafatı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürəcək: “Burada qazandığım mükafatı əsgər və zabit qardaşlarımıza göndərəcəyəm. Qarabağ Azərbaycandır!”.
Qeyd edək ki, R.Orucov “Böyük dəbilqə” turnirində finala qədər Monqolustan, Bolqarıstan, Rusiya və İsveç təmsilçiləri üzərində inamlı qələbə qazanıb. Finalda İsveçrə təmsilçisini...