
Sosial media
Beynəlxalq konvensiyaları tanımayan düşmən:Uşaqlar döyüşə cəlb edildi
Sosial şəbəkələrdə ermənilərin müharibəyə uşaqları da cəlb etməsi ilə bağlı görüntülər yayıldı. Ermənistanın siyasi-hərbi rəhbərliyinin yeniyetmələri də Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara cəlb etməsi ciddi şəkildə qınandı.
Ermənilərin yaydığı foto və videoları paylaşan hər kəs bunun işğalçı ölkə rəhbərliyinin beynəlxalq konvensiyaları və normaları kobud şəkildə pozmasının sübutu olduğunu qeyd edirdi.
Ermənistan ordusunun müharibənin sonlarına doğru acınacaqlı vəziyyətə düşdüyünü yazan sosial şəbəkələrdə fəal olanlar ermənilərin Azərbaycan Ordusuna qarşı döyüşlərdə yeniyetmələrdən də istifadə etməsini döyüş meydanında heç bir qanun tanımamalarını, çoxsaylı beynəlxalq qanunları, o cümlədən BMT-nin, UNICEF-in, Paris konvensiyasının uşaq hüquqları ilə bağlı sənədlərini və normalarını pozmasını pislədi.