16
Oktyabr

16 Oktyabr

Böyük Britaniyadakı soydaşlarımız “Amnesty İnternational” təşkilatının ofisinin qarşısında aksiya keçiriblər

Böyük Britaniyada yaşayan həmvətənlərimiz Londonda yerləşən “Amnesty İnternational” təşkilatının (Beynəlxalq İnsan Hüquqları) ofisinin qarşısında aksiya keçiriblər.

Həmvətənlərimiz Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribata beynəlxalq təşkilatların münasibət bildirmələrini tələb ediblər. Soydaşlarımız təşkilata yolladıqları məktublara cavab verilməsini tələb ediblər.

Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı faktlar əks olunub.

Aksiyada çıxış edən Şahin...

16
Oktyabr

16 Oktyabr

Azərbaycan ləzgi ictimaiyyətinin nümayəndələri beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Müraciətdə deyilir: “Sentyabrın 27-dən etibarən işğalçı Ermənistan silahlı qüvvələri 1994-cü ildən qüvvədə olan atəşkəs razılaşmasını kobud şəkildə pozaraq hərbi əməliyyatlara başlamış, bütün təmas xətti boyunca Azərbaycanın şəhər və kəndlərini iriçaplı silahlardan, artilleriya qurğularından və ballistik raketlərdən atəşə tutmağa başlamışlar.

Təcavüzkar Ermənistan 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının tələblərinə zidd olaraq dinc əhalini, çoxsaylı evləri, həyati əhəmiyyətli obyektləri, təsərrüfat təyinatlı məntəqələri, xəstəxanaları, məktəbləri və...

16
Oktyabr

16 Oktyabr

İsraildə Ermənistanın təxribatına qarşı aksiya keçirilib

İsrailin Petah-Tiqva şəhərindəki Azərbaycan diasporu Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı işğalçı, təcavüzkar və terrorçu siyasətinə etiraz olaraq aksiya keçirib.

Azərbaycanın Diaspor Komitəsindən bildiriblər ki, aksiya iştirakçıları yerli sakinlərin diqqətini Ermənistan ərazisindən Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin və digər yaşayış məntəqələrinin raket atəşinə tutulması nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasına, mülki obyektlərin dağıdılmasına cəlb edərək, bütün insani dəyərlərə zidd olan...

16
Oktyabr

16 Oktyabr

Azərbaycandakı Hindistan icması Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib

Sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlər artıq davam edir. Ermənilər tərəfindən işğal olunan ərazilərin geri qaytarılması uğrunda gedən döyüşlər, Azərbaycan ordusunun düşmən üzərindəki üstünlükəri xalqda böyük ruh yüksəkliyi yaradır.

Orduya dəstək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin ərzaq, su və s. ehtiyaclarını ödəmək üçün yardımlar edir, yaralılara kömək üçün qan verməyə çalışırlar. Bunlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin...