Sosial media
Bakıdakı Müqəddəs Mixail Arxangel kilsəsində əsgərlərimiz üçün şirniyyatlar hazırlanırdı
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanda yaşayan bütün millətlərin və dinlərin nümayəndələri yumruq şəklində birləşərək Orduya dəstək olduqlarını nümayiş etdirirdilər. Bakıdakı Müqəddəs Mixail Arxangel kilsəsinin din xadimləri və ibadətə gələn pravoslav ruslar hərbçilərimizə sovqat hazırlayaraq göndərməsi isə sosial mediada gündəmə çevrildi.
Sosial şəbəkələrdə aktiv olan hər kəs məbəddə müxtəlif şirniyyatlar bişirib Qarabağda döyüşən əsgərlərimiz üçün sovqatlar hazırlayan din xadimlərinin bu jestini paylaşır, fotoların qürurverici an olduğnu qeyd edirdi. Multikultural cəmiyyətimizdə bu cür mənzərələrin olması həmin günlərdə xalqımıza və ordumuza əlavə güc verirdi.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.