Sosial media
Gecə-gündüz yaralı əsgərlərə fədakarcasına qulluq edən tibb işçilərimiz
İkinci Qarabağ müharibəsindəki zəfərimizdə tarixi və əzəli torpaqlarımızı düşmən tapdağından azad edən hərbçilərimizlə yanaşı tibb işçilərinin də gərgin əməyi oldu. Müharibə günlərində sosial mediada həkimlərin yaralı əsgərlərə qulluq etməsi ilə bağlı bir neçə paylaşımlar olmuşdu.
Bunlardan biri də fədakarlığın və sevginin rəmzinə çevrilən tibb işçilərinin əsgərin yanında yuxulaması fotosu oldu. Onların hospitalda yaralı əsgərlərin çarpayısından uzaqlaşmamasını, yorğun halda döşəmədə yuxulamasını əks etdirən görüntüləri hər kəs sevgi ilə paylaşdı. Çünki o günlərdə həkimi, tibb bacısı, yaralı əsgəri də vahd bir Ordu olmuşdu!
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.