Zəfərin yolu
İsmayıllı rayonunun İvanovka kəndinin sakinləri - molokanlar Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarını, düşmənin dinc sakinləri hədəf almasını pisləyir və Ali Baş Komandan İlham Əliyevlə, Azərbaycan Silahlı Qüvvələri ilə həmrəylik nümayiş etdirirlər.
Əllərində üçrəngli Azərbaycan bayrağını, Azərbaycan Ordusu ilə həmrəylik şüarlarını tutan ivanovkalılar mərkəzi küçəboyu yürüş edərək, uca səslə “Qarabağ Azərbaycandır”, “Qarabağ bizimdir, bizim olacaq”, “Salam, əsgər”, “İvanovka sakinləri Azərbaycan ordusunu salamlayır” şüarını səsləndiriblər.
Finlandiya Azərbaycanlılarının koordinatoru və Finlandiyada yaşayan azərbaycanlıların təşəbbüsü ilə paytaxt Helsinki şəhərində bu ölkə parlamentinin qarşisında, "Ermənistan dövlətinin mülki Azərbaycan əhalisinə təcavüzünə dur deyək" adlı dinc aksiya keçirilib.
Əvvəlcə Finlandiyanın Baş Naziri Sanna Marinə, rəhbər Sosial-Demokratik partiyanın parlament qrupunun rəhbərinə və üzvilərinə, Avropa məsələləri və Əmlakın İdarəetmə naziri Tytti Tuppurainenə, Finlandiya parlamentinin İsveç, Yaşıllar partiyalarının rəhbərləri və üzvilərinə, habelə ölkənin Xarici İşlər naziri...
Gürcüstan paytaxtının Soğanlıq qəsəbəsinin (Ponicala) bir qrup fəal gənci Azərbaycana daha bir dəstək aksiyası keçirib.
Gənclər üzərində Azərbaycan, Türkiyə və Gürcüstanın bayraqları asılmış avtomobil karvanı ilə Soğanlıqdan Tbilisiyə qədər avtoyürüş həyata keçiriblər.
Yolboyu Azərbaycan musiqisi, Azərbaycana dəstək şüarları səsləndirilib.
Yürüş iştirakçıları Tbilisinin mərkəzindəki meydandan dönərək Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında dayanıb, “Var olsun Azərbaycan!”, “Biz səninləyik Azərbaycan!”, “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən...
"Azinko Holdinq" şirkəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə etməklə Ordumuza və dövlətimizə dəstək kampaniyasına qoşulub. Belə ki, "Azinko Holdinq" şirkəti ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb.
Holdinqin əməkdaşları işğalda olan torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi...
Ərazi bütövlüyümüz uğrunda vuruşan şanlı ordumuza dəstək məqsədilə Azərbaycanın Küveyt Dövlətindəki səfirliyinin əməkdaşları və bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri Silahlı Qüvvələrə Yardım Fonduna 18800,39 ABŞ dolları və 1000 AZN məbləğində vəsait köçürüblər.
Bu barədə ölkəmizin Küveytdəki səfirliyindən məlumat verilib.
Məlumatda qeyd edilib: “Azərbaycanın Küveytdəki səfirliyinin əməkdaşları, bu ölkədə yaşayan, işləyən, təhsil alan vətəndaşlarımız və ailə üzvlərimiz adından Azərbaycan Prezidenti və Ali...
Respublikamızın hər yerində olduğu kimi, Ağsu rayonunda da idarə, təşkilat və müəssisələr Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna dəstək göstərməkdədir.
Rayonun ən iri istehsal müəssisəsi olan “Az-Qranata” MMC-nin Ağsu şirə və şərab emalı zavodu da ordumuza öz dəstəyini əsirgəməyib. Belə ki, müəssisə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb.
Bu gün biz Azərbaycan tarixinin ən parlaq və şərəfli səhifəsini yaşayırıq. O səhifəni Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz yazır. Ölkə başçısı İlham Əliyev düşmənə, dünyaya, ikili standartlardan qaça bilməyən bəzi dövlətlərə və təşkilatlara sərt münasibətini bildirməklə Azərbaycanın siyasi iradəsini və hərbi qüdrətini göstərdi.
Ali Baş Komandanın rəvan çıxışları, həqiqəti çatdırma üslubu, faktları zamanında səsləndirməsi və ən başlıcası, milli dövlətçilik...
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Veteranlar Şurasının üzvləri Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında olublar.
Əsgərlərlə görüşdə çıxış edən Daxili İşlər Nazirliyi Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənov, Naxçıvan Şəhər Polis İdarəsi Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Mübariz Quliyev bu gün Azərbaycan Ordusunun Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsində əsl qəhrəmanlıq göstərdiyini bildiriblər.
Vurğulanıb ki, sentyabrın 27-dən...
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz haqlı savaşında qazandığı zəfərlərlə, torpaqlarının işğaldan azad edilməsi istiqamətində möhtəşəm uğurları ilə yeni qəhrəmanlıq salnaməsi yazır. Yaşanan qələbə ruhuna, ölkə əhalisinin yüksək vətənpərvərlik duyğularına töhfə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası Azərbaycan bayrağı ilə bəzədilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
“İşğal altında olan ərazilərimiz düşməndən azad...
Azərbaycanın idman ictimaiyyətinin nümayəndələrindən ibarət bir qrup düşmənin genişmiqyaslı təxribatlarına adekvat cavab verərək ona sarsıdıcı zərbələr vuran müzəffər Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirmək üçün cəbhə bölgəsinə səfər edib.
“BrendSport.az” saytının təşkilatçılığı ilə reallaşdırılan səfər çərçivəsində, həmçinin Xəzər rayonunun Binə qəsəbəsindəki 121 nömrəli orta məktəbin şagirdləri “Qarabağ əsgərinə məktublar” layihəsində fəal iştirak ediblər. Məktəblilər hərbçilərimizə məktublar yazaraq, ürək sözlərini ifadə edib,...
Azərbaycan Ordusu təcavüzkar Ermənistanın törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq sentyabrın 27-dən başladığı genişmiqyaslı əks-hücum əməliyyatı nəticəsində düşmənə sarsıdıcı zərbələr endirib. Davam edən şiddətli döyüşlər zamanı qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində bir sıra şəhər və kəndlərimiz, strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad olunub.
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən əsgərlərimizə dəstək olmaq, onlara sevgi və diqqəti göstərmək məqsədilə “İtaldizain” şirkətlər qrupu cəbhə bölgəsinə isti geyimlər, qida məhsulları, tibbi...