Zəfərin yolu
Bu gün torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşə gedən könüllü gənclər cəbhəyə yola salınıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısında toplaşan valideynlər övladlarını alqışlarla yola salıb, onlara bu şərəfli yolda uğurlar arzulayıblar.
Könüllülər işğal altındakı torpaqlarımızı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad edəcəklərinə söz veriblər.
Onların valideynləri və yaxınları isə işğal olunmuş ərazilərimizin düşməndən azad...
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müraciət etmiş “ASAN xidmət”in yüzlərlə əməkdaşından 36 nəfəri könüllü olaraq ordu sıralarına qoşulub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, onların arasında ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının ailə üzvləri də var.
Xatırladaq ki, “ASAN...
Qarabağ müharibəsində şücaət göstərən Quba-Qusar batalyonunun veteran döyüşçüləri cəbhəyə könüllü yollanmaq üçün müraciət ediblər.
Veteran döyüşçülər düşmənin iyul ayındakı təxribatlarından sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsinə gedərək qeydiyyatdan keçiblər.
Qubadakı Şəhidlər xiyabanına gələrək torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən oğullarının məzarlarını ziyarət edən veteranlar həlak olan silahdaşlarının məzarları önünə gül dəstələri düzüblər.
Quba-Qusar batalyonunun...
Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərimizdə törətdiyi təxribatın qarşısının alınması, torpaqlarımızın işğaldan azad edilməsi üçün artıq ikinci gündür Ali Baş Komandanın müvafiq sərəncamı ilə ölkəmizdə qismən səfərbərlik elan olunub. Respublikamızın digər yerlərində olduğu kimi, cənub bölgəsində də ordu sıralarına çağırılanlar qələbə əzmi ilə yola düşüblər. Həmçinin düşmənə qarşı könüllü döyüşmək istəyənlərin müraciətləri də qeydə alınır.
Lerikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət...