30
Sentyabr

30 Sentyabr

Sosial media

Yol kənarında "Əsgər payı" piştaxtası

İşğal altında saxlanılan torpaqların azadlığı uğrunda döyüşlər başlayandan dərhal sonra Azərbaycan xalqı Orduya mənəvi və maddi dəstəyini nümayiş etdirdi. Müharibənin ilk günlərində sosial mediada əsgərə sovqat, ərzaq, müxtəlif geyim və əşyaların göndərilməsi ilə bağlı görüntülər gündəm oldu. Belə paylaşımlardan biri də Ucarda magistral yolun kənarında qoyulan piştaxta fotosu idi.

Müxtəlif meyvələr, şirniyyatlar, su və digər ərzaqlar yığılmış piştaxtaya “Əsgər payı” yazısı vurulmuşdu. Bu məhsullar yoldan keçən və orduya döyüşməyə yollanan hərbçilərimiz, hərbi avtomobillər üçün sovqat kimi nəzərdə tutulmuşdu. 

Sosial şəbəkələrdə yayılmış geniş rezonans doğuran bu görüntüləri xeyli sayda insan paylaşdı. 

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.