Zəfərin yolu
Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir. Düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır. Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Onlar düşdükləri ağır vəziyyətlə barışmağa məcburdurlar.
Biz torpaqlarımızı azad etdikcə düşmənin xeyli sayda silah-sursatı qənimət kimi götürürük.
Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı...
Ermənistan tərəfinin guya bu gün aviasiya vasitələrimizin tətbiqi ilə Ağdərə şəhərinə zərbələr endirilməsi barədə yaydığı xəbər dezinformasiyadır.
Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb.
Oktyabrın 29-da Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin vurulması barədə videogörüntülər yayıb. Bildiririk ki, təqdim edilən video saxtadır və harada çəkildiyi məlum deyil.
Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sistemlərinin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir.
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi uğurlu döyüş əməliyyatları və dəqiq atəş zərbələri nəticəsində erməni cəmiyyətində təşviş, Ermənistan ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür.
Əldə edilən məlumatlara əsasən könüllülər və düşmənin ordu bölmələrinin şəxsi heyəti arasında mübahisələr, bir-birinə qarşı silah tətbiq etmək, döyüşə girməkdən imtina, əmr olmadan mövqelərdən geri çəkilmə və kütləvi fərarilik...
Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımızda dinc əhalini və mülki infrastrukturu atəşə tutan düşmən bölmələrini Azərbaycan Ordusu cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində gedən döyüşlərdə darmadağın edib. Dəqiq atəş zərbələrinə tab gətirə bilməyən düşmən itki verərək qaçmağa və geriyə çəkilməyə məcbur edilib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov...