• Dövlət qurumları
01
Oktyabr

1 Oktyabr

Prezident Administrasiyası

Hikmət Hacıyev: Hərbi əməliyyatlar şəraitində mülki insanların hədəfə alınması və ya qəsdən öldürülməsi müharibə cinayətdir.

Ermənistan silahlı qüvvələri ağır artilleriya və digər iriçaplı silahlardan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Bununla bağlı açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib:

“Ermənistan silahlı qüvvələrinin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini artilleriyadan atəşə tutması nəticəsində ikisi uşaq olmaqla, 17 nəfər mülki şəxs həlak olub, 51 nəfər yaralanıb....

01
Oktyabr

1 Oktyabr

Müdafiə Nazirliyi

Düşmənin məhv edilən döyüş texnikasının siyahısı

Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.

Bu müddət ərzində düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

 -  200-dək tank və digər zirehli texnika;

 -  228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

 -  30 ədəd hava hücumundan müdafiə vasitələri;

 -  6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

 -  5...

01
Oktyabr

1 Oktyabr

Xarici İşlər Nazirliyi

Bölgədə davamlı sülh və təhlükəsizliyə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi zəruridir

Oktyabrın 1-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Maio ilə telefon danışığı olub.

Nazir Luici Di Maio bölgədə mövcud olan son dərəcə gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib. O, gərginliyin azaldılmasının və sülhün təmin olunmasının vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi yeni təcavüz aktı,...

01
Oktyabr

1 Oktyabr

Fövqəladə Hallar Nazirliyi

Evlərin atəşə tutulması yanğın və dağıntılara səbəb olub

Beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə tutmağa davam edir. Şanlı ordumuzla döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən düşmən Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də dövlət əmlakına ciddi ziyan yetirir.

Çirkin...

01
Oktyabr

1 Oktyabr

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

“Azərpoçt” MMC Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbulunu həyata keçirir

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr edilməklə ordumuza və dövlətimizə dəstək kampaniyasına başlanılıb.

İanələrin qəbulu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin bütün poçt şöbələri ilə yanaşı, "Şəbəkə" xidmət mərkəzlərində də həyata keçirilir.

Qurumlar və fiziki şəxslər tərəfindən köçürülən vəsaitlərə görə xidmət haqqı nəzərdə tutulmayıb.

Qeyd edək ki, bu ödənişlərin ləğv imkanı yoxdur.

İanələr hüquqi şəxslər tərəfindən edildikdə sistemə təşkilatın...

01
Oktyabr

1 Oktyabr

Baş Prokurorluq

Ermənilər Tərtər avtovağzalını vurdu - Ölən var

Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin...

01
Oktyabr

1 Oktyabr

ANAMA

Təmas xəttində raket və top mərmiləri aşkarlanıb

2020-ci il oktyabrın 1-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Cəbrayıl, Füzuli, Goranboy və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 19 müraciət daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Ağgöl, Köyük, Qaradolaq və Kürdlər kəndləri, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Şükürbəyli, Kərimbəyli kəndləri və Zobcuq qəsəbəsi, Goranboy rayonunun...