• Dövlət qurumları
21
Oktyabr

21 Oktyabr

Prezident Administrasiyası

Hikmət Hacıyev: Ermənistanın məqsədi Azərbaycanın işğal olunmuş ərazilərini işğal altında saxlamaqdır

“Ermənistanın baş nazirinin münaqişənin diplomatik həlli yoxdur” deyə açıqlaması növbəti dəfə onu nümayiş etdirir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində tamamilə maraqlı deyil. Bu açıqlama ilə Ermənistan rəhbərliyi özü etiraf edir ki, Ermənistanın məqsədi Azərbaycanın işğal olunmuş ərazilərini işğal altında saxlamaqdır. Bununla, rəsmi Yerevanın münaqişənin danışıqlar yolu ilə həlli barədə açıqlamalarının riyakarlıqdan başqa bir şey olmadığı bir daha öz...

21
Oktyabr

21 Oktyabr

Ombudsman

Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti ölkəmizdə səfərdədir

Məlum olduğu kimi, ötən həftə Ombudsman Səbinə Əliyeva idarə heyətində təmsil olunduğu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının toplantısında iştirak edərək insan hüquqlarının kobud pozuntuları ilə müşaiyət olunan Ermənistan silahlı qüvvələrinin mülki yaşayış məntəqələrinə hücumlarının ağır nəticələri barədə məlumat verərək mövcud vəziyyətlə yerində tanış olmaq üçün Ombudsmanları ölkəmizə dəvət edib.

Artıq Assosiasiyanın prezidenti və Türkiyə Respublikasının...

21
Oktyabr

21 Oktyabr

Müdafiə Nazirliyi

Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndi 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndinin videogörüntülərini paylaşıb.

Çərəkən kəndi oktyabrın 4-də ordumuzun bölmələri tərəfindən azad olunub.

21
Oktyabr

21 Oktyabr

Xarici İşlər Nazirliyi

Xarici İşlər nazirləri arasında bölgədəki son vəziyyətə dair fikir mübadiləsi aparılıb

Oktyabrın 21-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədə davamlı sülhün təmin olunması üçün Azərbaycan ərazilərinin işğalına son verilməsinin zəruri olduğu nazirlər tərəfindən vurğulanıb.

21
Oktyabr

21 Oktyabr

Fövqəladə Hallar Nazirliyi

Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər mülki obyektlərdə yanğınlar törədib

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

Belə ki, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Ağdam rayonunda vətəndaşa məxsus fərdi yaşayış evində yanğına səbəb olub. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin...

21
Oktyabr

21 Oktyabr

Baş Prokurorluq

Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində 63 nəfər həlak olub, 292 nəfər xəsarət alıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 21-i saat 11:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 63 nəfər həlak olub, 292 nəfər isə xəsarət alıb. Həmçinin Ermənistanın ordusunun intensiv ağır artilleriya...