• Dövlət qurumları
18
Oktyabr

18 Oktyabr

Prezident Administrasiyası

Prezidentin köməkçisi Hikmət Hacıyevin “Al Jazeera” televiziya kanalına müsahibəsi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatları, xüsusilə Gəncə şəhərinə raket hücumu ilə bağlı “Al Jazeera” televiziya kanalına müsahibə verib.

- Ermənistan bildirir ki, onların raketlərinin Gəncə şəhərini vurmaq üçün lazımi uçuş məsafəsi yoxdur. Bu barədə nə deyə bilərsiniz?

- Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən bunun təkzib edilməsi qeyri-əxlaqi təfəkkürün məhsuludur. Ermənistan...

18
Oktyabr

18 Oktyabr

Milli Məclis

Milli Məclisin Sədri Sahibə Qafarova: “Ümid edirik ki, beynəlxalq ictimaiyyət Azərbaycan xalqına qarşı törədilən terrora biganə qalmayacaq”

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb.

Məktubda başçılıq etdiyi nümayəndə heyətinin keçən ay Rusiya Federasiyasında rəsmi səfərdə olmasını və rus həmkarları ilə keçirdikləri görüşləri xoş təəssüratlarla xatırlayan Sahibə Qafarova əmin olduğunu söyləyib ki, həmin səfər qarşılıqlı əlaqələrimizin bundan sonra da inkişafına mühüm töhfələr...

18
Oktyabr

18 Oktyabr

Ombudsman

Ombudsman Səbinə Əliyeva hərbi əsirlərə baş çəkib

2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini, sosial, mədəni və strateji əhəmiyyətli obyektləri ağır artilleriya qurğularından və xüsusi raket sistemlərindən istifadə etməklə intensiv şəkildə atəşə tutmaqda davam edir. Nəticədə dinc əhali, o cümlədən, qadın və uşaqlar qətlə yetirilib, yaralanıb, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

Yeni ərazi iddiaları və hərbi əməliyyatların coğrafiyasını genişləndirmək...

18
Oktyabr

18 Oktyabr

Müdafiə Nazirliyi

Ermənistan yeni atəşkəs rejiminə əməl etmir

Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub.

Düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub. Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Qoşunlarımız bütün cəbhə boyu əlverişli hədd, əhəmiyyətli...

18
Oktyabr

18 Oktyabr

Xarici İşlər Nazirliyi

Nazir Ceyhun Bayramov estoniyalı həmkarına Ermənistanın atəşkəsi pozması barədə məlumat verib

Oktyabrın 18-də Xarici İşlər naziri Ceyhun Bayramov və Estoniya Xarici İşlər naziri Urmas Reynsalu arasında telefon danışığı olub.

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Estoniyalı həmkarına Ermənistanın atəşkəsi pozması barədə məlumat verib. Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin və mülki infrastrukturların məqsədyönlü şəkildə hədəf alındığı, o cümlədən humanitar atəşkəsin rəsmi elan olunmasından sonra iki...

18
Oktyabr

18 Oktyabr

Fövqəladə Hallar Nazirliyi

Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində Gəncə şəhərində dağılmış evlərdə axtarış-xilasetmə işləri yekunlaşıb

Xəbər verildiyi kimi, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində Gəncə şəhərini yenidən raket atəşinə tutub. Nəticədə, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Nazirliyin Gəncə Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki...

18
Oktyabr

18 Oktyabr

Baş Prokurorluq

Ermənistan Respublikasının silahlı qüvvələri Bakı-Novorossiysk neft kəmərini hədəfə alıb

Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymağa davam edir.

Belə ki, 18 oktyabr 2020-ci il tarixdə, saat 13 radələrində Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə...

18
Oktyabr

18 Oktyabr

ANAMA

Cəbhəboyu ərazilərdə düşmən tərəfindən atılmış 11 ədəd “Elbrus” raketinin qalıqları aşkarlanıb

Sentyabrın 27-dən başlayaraq düşmən tərəfindən mülki əhaliyə qadağan olunmuş mərmilər atılıb. Belə ki, oktyabrın 3-dən 4-nə keçən gecə Yevlax, Goranboy və Ağcabədi rayonları ərazisində kaset bombaları və bombacıqları aşkarlanıb. İndiyədək 1142 ədəd belə bombacıq aşkarlanaraq götürülüb.

Eləcə də Füzuli rayonunun Arayatlı kəndi ərazisində tərkibində 3,6 kiloqram ağ fosfor olan tüstülü mərmi aşkarlanaraq zərərsizləşdirilib. Bu günədək 11 ədəd “Elbrus” ballistik raketinin qalıqları...