Zəfərin yolu
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 3-də keçirilən brifinqdə çıxış edib.
Prezidentin köməkçisi qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası istiqamətində əməliyyatları davam etdirir. Ermənistan silahlı qüvvələri bu gün də cəbhənin müxtəlif istiqamətlərində təxribata əl atıb. Azərbaycan Ordusu bu təxribat və hücumların qarşısını almaqdadır. Azərbaycanın...
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raketlərlə atəşinə tutması nəticəsində ciddi ziyan dəymiş tarixi-dini memarlıq abidələrinə dair aralıq hesabat hazırlayıb.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, hesabat Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raketlərlə atəşə tutması nəticəsində ciddi ziyan dəymiş “İmamzadə Ziyarətgah” Kompleksi və Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində...
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.
Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi intensiv şəkildə raket və ağır artilleriya atəşinə tutmaqda davam edir. Nəticədə Füzuli, Ağdam, Tərtər, Goranboy, Ağcabədi rayonlarının, Bərdə şəhərinin və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin telekommunikasiya təsərrüfatına da ziyan dəyib.
Baş vermiş zədələnmələrin qısa vaxtda aradan qaldırılması, xidmətin verilməsinin dayanıqlığının təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-nin əməkdaşları gücləndirilmiş iş...
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb.
Bundan başqa, 461 mülki obyekt, 97 çoxmənzilli yaşayış binası və 2 488 yaşayış evi yararsız vəziyyətə düşüb.
Ermənistan silahlı qüvvələri azərbaycanlı dinc əhaliyə qarşı beynəlxalq konvensiyalarda qadağan olunmuş ağ fosforlu mərmilərdən istifadə edir.
Tərtər rayonunun Səhləbad kəndi ərazisinə atılmış fosforlu top mərmiləri xoşbəxtlikdən partlamayıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları (ANAMA) həmin mərmilərdən ikisini noyabrın 3-də zərərsizləşdirmişdi.
Tərkibində ağ fosfor olan üçüncü top mərmisi isə bu gün zərərsizləşdirilib. ANAMA-nın əməkdaşı Mədət Məmmədov məlumat verərək bildirib ki, 122 millimetrlik üçüncü...