29
Oktyabr

29 Oktyabr

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Ermənistan nazirliyimizin adından saxta məktublar göndərir

Düşmən tərəfinin e-poçt üzərindən nazirliyin adından “fişinq” xarakterli məktublar göndərməsi barədə məlumat daxil olmuşdur. Göndərilən saxta məktublarda istifadəçilərdən 48 saat ərzində məktubda göstərilmiş keçidə daxil olaraq e-poçtları qeydiyyatdan keçirmələri və onu təsdiq etmələri istənilir, əks halda, həmin istifadəçilərin e-poçtlarından istifadə edə bilməyəcəkləri bildirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti dərhal məsələni nəzarətə götürərək, təxirəsalınmaz tədbirlər görmüş, vətəndaşlara bu məlumatlara etimad etməməklə bağlı xəbərdarlıq ünvanlamışdır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.