• Dövlət qurumları
10
Oktyabr

10 Oktyabr

Prezident Administrasiyası

Hikmət Hacıyev: Ermənistan İsrailin silah satmasını haqsız olaraq tənqid edir

“Ermənistan Azərbaycan ilə İsrail arasında sıx münasibətləri bilərəkdən və qərəzli şəkildə “zəiflətmək və korlamaq” üçün İsrail ilə Azərbaycan arasında müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlığı və əməkdaşlığı həddən artıq şişirdir”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu fikri İsraildə çıxan ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetinə müsahibəsində söyləyib.

Qeyd etmək...

10
Oktyabr

10 Oktyabr

Müdafiə Nazirliyi

Düşmən Xocalı istiqamətindən Hadrutu intensiv atəşə tutur

Düşmən Xocalı istiqamətindən Hadrutu yaylım atəşli reaktiv sistemlərdən intensiv atəşə tutur.

Ordumuz Ermənistan silahlı qüvvələrinə qarşı adekvat tədbirlər görür.

10
Oktyabr

10 Oktyabr

Xarici İşlər Nazirliyi

Ceyhun Bayramov: Ermənistan tərəfindən imitasiya həyata keçirilərsə, hərbi əməliyyatların bərpası riski hər zaman mövcuddur

Ermənistan ciddi şəkildə öz öhdəliklərini yerinə yetirməli, danışıqlar prosesinə tam ciddiyyəti ilə qayıtmalı və bununla bağlı real addımlar atılmalıdır.

Hesab edirəm ki, Ermənistan tərəfindən imitasiya prosesi həyata keçirilərsə, ciddi addımlar atılmazsa, hərbi əməliyyatların bərpa edilməsi riski hər zaman mövcuddur. Hazırda Ermənistan Moskvada imzalanan sənədin tələblərinə məhəl qoymur və müvəqqəti atəşkəsin elan olunmasına baxmayaraq, hərbi əməliyyatlar davam...

10
Oktyabr

10 Oktyabr

Fövqəladə Hallar Nazirliyi

Ermənistan silahlı qüvvələrinin artilleriya atəşləri nəticəsində Azərbaycandakı mülki obyektlərdə yanğınlar baş verib

Ermənistan silahlı qüvvələri bu gün saat 12.00-a qədər Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edib.

Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər Tərtər rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzillərin birində və binanın dam örtüyündə yanğına səbəb olub. Əraziyə cəlb...

10
Oktyabr

10 Oktyabr

Baş Prokurorluq

Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində 31 nəfər həlak olub, 171 nəfər xəsarət alıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 10-da saat 12:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 31 nəfər həlak olub, 171 nəfər isə xəsarət alıb. Bundan başqa, Ermənistanın ordusunun intensiv...