29
Oktyabr

29 Oktyabr

Erməni silahlı qüvvələrinin Bərdəni raket atəşinə tutması faktına görə cinayət işi başlayıb

27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya...

29
Oktyabr

29 Oktyabr

Çoxsaylı mədəniyyət abidələri erməni vandalizminin qurbanına çevrilib

Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzkar siyasəti nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert...

29
Oktyabr

29 Oktyabr

Ermənilər 90 mülki şəxsi qətlə yetirib, 392 nəfəri yaralayıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 29-u saat 13:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 90 nəfər həlak olub, 392 nəfər isə xəsarət alıb. Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində...

29
Oktyabr

29 Oktyabr

Baş Prokuror Kamran Əliyevlə Türkiyəli həmkarları arasında telefon danışığı baş tutub

2020-ci ilin oktyabrın 29-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Türkiyə Respublikasının Ədliyyə naziri Abdulhamit Gül, Baş prokuroru Bekir Şahin və Ali Məhkəməsinin sədri Mehmet Akarca arasında telefon danışığı baş tutub. 

Kamran Əliyev Türkiyə Respublikasının milli bayramı – Cümhuriyyətin elan olunmasının 97-ci ildönümü münasibətilə həmkarlarını təbrik etmiş, onlara firavanlıq arzularını çatdırıb.

Baş Prokuror tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin...

29
Oktyabr

29 Oktyabr

Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi raket və ağır artilleriyadan atəşə tutulub

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

29.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bu gün saat 17 radələrində Goranboy rayonu, Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi...