• Dövlət qurumları
05
Oktyabr

5 Oktyabr

Prezident Administrasiyası

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Ukraina-24” telekanalına müsahibə verib 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın hərbi təxribatları ilə əlaqədar “Ukraina-24” telekanalına müsahibə verib.

Prezidentin köməkçisi müsahibəsində Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları və dövlətimizin özünün suveren ərazisini müdafiə etməsi, mülki insanlarımızın, obyektlərimizin atəşə məruz qalması barədə danışıb.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan 30 ilə yaxındır münaqişənin dinc yolla həllinə çalışıb. Azərbaycan...

05
Oktyabr

5 Oktyabr

Ombudsman

Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində törədilən dağıntılara və insan tələfatına dair hesabat hazırlanıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva aidiyyəti beynəlxalq qurumlara və dünya ictimaiyyətinə, həmçinin Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və ölkəmizdəki diplomatik nümayəndəliklərə Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi atəşə tutması nəticəsində törədilmiş dağıntılar və insan tələfatına dair hesabat təqdim edib.

Hesabat 2020-ci il sentyabrın 27-dən oktyabrın 1-dək olan dövrü əhatə edir...

05
Oktyabr

5 Oktyabr

Müdafiə Nazirliyi

Azərbaycan ərazisi Ermənistandan raket atəşinə tutulub 

Oktyabrın 5-də səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb.

Bütün cəbhə boyu sıxışdırılan düşmən artıq bir neçə gündür ki, Ermənistan ərazisindən Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistematik raket zərbələri endirir.

Eyni zamanda...

05
Oktyabr

5 Oktyabr

Xarici İşlər Nazirliyi

ABŞ Dövlət Katibinin müavini Ermənistanın Azərbaycanın mülki obyektlərini raket atəşinə tutduğu barədə məlumatlandırılıb

Oktyabrın 5-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət Katibinin müavini Stiven Biqan arasında telefon danışığı olub.

Nazir Ceyhun Bayramov həmkarına bölgədəki son gərginlik barədə məlumat verib. ABŞ dövlət katibinin müavininin diqqətinə çatdırılıb ki, Ermənistan beynəlxalq humanitar hüququ açıq şəkildə pozaraq Azərbaycanın mülki əhalisi və mülki obyektlərini, o cümlədən Azərbaycanın ikinci böyük şəhəri olan...

05
Oktyabr

5 Oktyabr

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması davam edir

Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncamının icrası uğurla davam edir. 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, yaşı 35-dək olan və möhlət hüququ olmayan vətəndaşlarımız Silahlı Qüvvələrimizin şəxsi heyətlə komplektləşdirilməsi məqsədilə müəyyən edilmiş qrafik əsasında...

05
Oktyabr

5 Oktyabr

Dövlət Təhlükəsizlik Xidməti

DTX Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti ianə ediblər. Hazırda pul vəsaitlərinin köçürülməsi davam edir.

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir. Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!

05
Oktyabr

5 Oktyabr

Fövqəladə Hallar Nazirliyi

Ermənistan silahlı qüvvələri mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir

Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

Ermənistan silahlı qüvvələrinin atdığı mərmi  Ağdam rayonunun Alıbəyli kəndində vətəndaşa məxsus həyətyanı sahədə təsərrüfat sahəsində yanğna səbəb olub. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə...

05
Oktyabr

5 Oktyabr

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Milli poçt operatoru vətəndaşlara çağırış edir!

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC vətəndaşları xalqımıza qürur və qalibiyyət hissi yaşadan əsgərlərimizə öz duyğularını kağız və qələm vasitəsilə bildirməyə çağırır.

Azərbaycanın yeganə milli poçt operatoru “Azərpoçt” Azərbaycan Silahlı Qüvvələrinə mənəvi dəstək olaraq “Əsgərə məktub” layihəsi çərçivəsində məktub yazmaq ənənəsinə sadiq qalaraq öz hisslərini kağız üzərinə köçürməyi və ordumuza ismarlamağı tövsiyə edir.

Əsas məqsəd Azərbaycan vətəndaşının onu qələbə xəbərləri ilə sevindirən...

05
Oktyabr

5 Oktyabr

Baş Prokurorluq

Erməni silahlılarının Mingəçevirə atdığı raket zərbəsi nəticəsində 5 nəfər mülki şəxs xəsarət alıb

İşğalçı ölkənin silahlı qüvvələri 04.10.2020-ci il, saat 23 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda yerləşən Azərbaycanın sənaye şəhəri, 100...

05
Oktyabr

5 Oktyabr

ANAMA

Ermənistan dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan olunmuş 4 kaset sursatı atıb

2020-ci il oktyabrın 4-5-də Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonu ərazisində dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan olunmuş 4 ədəd kaset sursatı atılıb və ətrafa mərmi qalıqları səpələnib. Nəticədə Goranboy rayonu Qızılhacılı kənd sakini həlak olub.

Agentliyin mütəxəssisləri tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 144 ədəd partlamış “9N235” bombacıqları, həmçinin 300 ədəd partlamamış “M85” bombacıqları aşkar olunub.

05
Oktyabr

5 Oktyabr

Daxili İşlər Nazirliyi

Nazirliyin vətəndaşlara müraciəti

Silahlı Qüvvələrimizin cəbhədə qazandığı uğurlar, qələbə xəbərləri vətəndaşlarımızda böyük ruh yüksəkliyi, çoşqu yaradıb. Lakin təəssüflər olsun ki, ayrı-ayrı şəxslər öz müsbət emosiyalarını indiki həssas məqamda tamamilə yolverilməz olan şəkildə - fişənglərdən istifadə etməklə, atəşfəşanlıqla qeyd edirlər.

Vətəndaşlarımızı bu cür hərəkətlərdən çəkinməyə, pirotexniki vasitələrdən istifadə etməməyə çağırır, hər bir şəxsdən ölkədəki hərbi vəziyyət rejiminin tələblərinə uyğun davranmağı xahiş edirik.