• Dövlət qurumları
07
Noyabr

7 Noyabr

Müdafiə Nazirliyi

Ermənistan ərazisinin atəşə tutulması xəbəri düşmənin növbəti təxribatıdır

Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı xəbər təxribat xarakterli dezinformasiyadır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əksinə, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan ərazisindən Qubadlı rayonunun işğaldan azad olunmuş kəndlərini və Azərbaycan Ordusu bölmələrinin mövqelərini gün ərzində intensiv atəşə tutub.

Ordumuz yalnız sərhədlərimiz çərçivəsində düşmənin atəş nöqtələrinə qarşı adekvat tədbirlər görür.

07
Noyabr

7 Noyabr

Xarici İşlər Nazirliyi

Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunun binasına hücumla bağlı cinayət işi başlanılıb

Bu il 6 noyabrdan 7 noyabra keçən gecə saat 2.30 radələrində Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun binası odlu silahdan atəşə tutulub. Konsulluğun binasının qapısı və pəncərələrinə 6 atəş açılıb. Gecə saatlarında binada heç kəs olmadığı üçün Konsulluğun əməkdaşları arasında zərər çəkən olmayıb. Qeyd etmək istərdik ki, Fəxri Konsulluğun kameralarında hücum edən şəxsin 2 nəfər olduğu qeydə alınıb.

Konsulluğun binasına hücumla...

07
Noyabr

7 Noyabr

Baş Prokurorluq

Bərdə rayonunun atəşə tutulması nəticəsində 2004-cü il təvəllüdlü sakin həlak olub

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

07.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bu gün saat 16 radələrində Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov...

07
Noyabr

7 Noyabr

ANAMA

Tərtərdə aşkarlanan partlamamış raket və bombacıq zərərsizləşdirilib

Tərtər rayonunun Səhləbad kəndində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış bir ədəd zenit raketi və 9N235 bombacığı aşkar edilib.

206 millimetrlik 9N33 raketi "OSA" zenit raket kompleksindən, 9N235 bombacığı isə 9M525 raket sistemindən atılıb. Partlamamış raket və bombacıq ANAMA-nın əməkdaşları tərəfindən partlatma yolu ilə zərərsizləşdirilib.